• MOTİVASİYA
  • MARKETİNQ
  • SATIŞ

İşə başlamaq üçün biznes plan lazımdırmı?


Paylaşıldı : 30.12.2019


İşə başlamaq üçün biznes plan lazımdırmı?

Biznes plan nədir? Biznes plan keyfiyyətli olmaq üçün nə etmək lazımdır?

Bizneslərin çoxu sahibkarlar tərəfindən plansız şəkildə yaradılıb. Ən yaxşı halda biznes plan partnyorların toplaşdığı iclasda kağız üzərində bir neçə əsas suala cavablardan ibarət bir sənəd olub. Qalan suallar artıq fəaliyyətə başladıqdan sonra cavablandırılıb.

Bununla yanaşı bir çox adam tanıyıram, ki onlar çox böyük həvəs və dəqiqliklə biznes planlar yazırlar, investisiya təklifləri hazırlayırlar, digər iş adamlarılə çoxlu görüşlər keçirirlər, lakin buna baxmayaraq yeni bir biznes yaratmırlar və bu iş nəticəsiz qalır.

Biznes planı hansı halda yazmaq lazımdır?

Biznes plana ən böyük ehtiyac biznesə sərmayə və ya partnyoru cəlb etmək lazım olduqda yarana bilər. İstənilən halda biznesi biznes plansız da işə salmaq mümkündür, lakin bu o demək deyil ki, siz öz biznesinizin əsas ideyasını strukturlaşdırmamalısınız.

Biznesinizin həqiqətən uğurlu olmasını istəyirsinizsə sadə bir biznes plan tərtib edin. Hətta kiçik sahibkar olsanız belə bir çox səhvlərin qabağını almaq üçün bu kimi sənəd sizə lazımdır.

Yeni biznesi yaratmaq istəyən sahibkar hansı suallara cavab verməlidir?

Ən sadə plan mental xəritə formatında yaradıla bilər, və ya siz kompyuterinizdə sadə Google sənəd də aça bilərsiniz, hətta qeydlər üçün kitabçanızı açıb orada planı yaza bilərsiniz.

Marketinq hissəsi

  1. Mənim məqsədli auditoriyam (müştərim) kimlərdir? Burada siz öz müştərinizi detallı şəkildə təsvir edirsiniz və kimin üçün fəaliyyət göstərəcəyinizi yazırsınız?
  1. Məqsədli auditoriyanın təlabatı və problemi nədir? Bu hissədə siz aşağıdakilər qeyd etməlisiniz: həmin problemlər əyani özünü göstərir (yəni insanlar artıq həmin problemin həllinin aktiv axtarışındadırlar) və ya insanlar aktiv olaraq həmin problemin həllinə fokuslanmayıb?
  1. Bazarın dinamikası və həcmi nədir? Burada siz bazarın artım templərinə nəzər yetirməlisiniz. Bazar kiçilirsə yeni məhsulla girmək mümkündür lakin risklidir.
  1. Rəqiblər kimlərdir və müştəri niyə məs məndən almalıdır? Bazarda sizdən başqa həmin məhsulu və ya xidməti təklif edən varsa siz rəqabət analizini tərtib etməlisiniz. Bunun üçün rəqiblərin miqyasını, onların qiymətləri, məhsulun və göstərdikləri xidmətlərin keyfiyyəti, komandanın ölçüsü, onların bazarda aktivliyi haqqında məlumatları toplamalısınız.

Bunu etmək üçün siz misal üçün gizli müştəri kimi onlara zəng edib bütün bu sualları verə bilərsiniz.

Bu suallara cavab taptiqda siz rəqib strategiyasını tərtib edə bilərsiniz. Düzgün strategiya biznesin uğuru üçün çox mühüm rol oynayır və müştəri niyə məs məndən almalıdır sualına cavab verir. Afandi Consultancy olaraq biz mövcud və yeni yaranmış şirkətlərə və iş adamlarına düzgün biznes plan, o cümlədən onun ayrılmaz hissəsi olan marketinq planlarının tərtib edilməsində köməklik göstəririk.

  1. İdeal məhsul konsepsiyası

İdeal məhsul konsepsiyası – müştəriyə təklif etdiyiniz detallı şəkildə təsvir olunmuş bir təklifdir. Bu sizin məhsul çeşidinizdir. Xidmət təklif edirsinizsə həmin xidməti və bütün yanaşı faktorları təsvir etməlisiniz.

Misal üçün, niyə müştəri qida almaq üçün adı mağazaya yox məs supermarketə yollanır. Burada tək məhsul yox, mağazanın göstərdiyi xidmət, onun yerləşməsi, məhsulların rəflərdə düzülüşü, parkinqin olması, gülərüz personal vacibdir.

  1. Müştəriləri necə cəlb edəcəyəm və onları necə saxlayacağam?

Müştəriləri cəlb etmək üçün düzgün kommunikasiya alətləri istifadə olunmalıdır. Müştəri 1 dəfə aldıqda onu daimi müştəriyə çevirmək üçün loyallıq alətləri istifadə olunmalıdır. Həmin müştərilərə əlavə hansı daha bahalı və ya yanaşı məhsullar təklif edə bilərsiniz? Bu hissədə həmin suala cavab verməlisiniz.

Təşkilati struktur

  1. Bu işi görmək üçün mənə hansı insanlar lazımdır? Burada şirkətin müxtəlif inkişaf mərhələlərində hansı sayda insanlar lazım olacaq və şirkətin strukturu necə olmalıdır suallarına cavab verməlisiniz.
  1. Həmin işçiləri hansı ardıcıllıqla işə götürməliyəm? Şirkətin təşkilati strukturunu nəzərə alaraq siz işə götürmə planını tərtib etməlisiniz.
  1. Bunun üçün hansı büdcə tələb olunacaq? Büdcə tərtib edərək işçilərin sayı, ofisin ölçüsü və digər meyarlar nəzərə alınmalıdır.
  1. Biznesi işə salmaq və irəlilətmək üçün hansı işlər görülməlidir? Burada siz şirkəti açmaq, ofisi kiralamaq, təmir etmək, işçiləri işə götürmək kimi görəcəyiniz addımları ardıcıllıqla təsvir etməlisiniz.

Maliyə proqnozu

11. Biznesin maliyə modeli necə olmalıdır? P&L (Gəlir və Zərər), Cash Flow (pul vəsaitinin hərəkəti) və Balans hesabatlarının proqnozlarını tərtib edirsiniz. Həmin proqnozlar nikbin, bədbin və realistik ssenari əsasında hazırlanmalıdır. Proqnozları hazırlayaraq biz şirkətə nə qədər müştəri cəlb edəcəyik, orta çekin məbləği nə qədər olacaq, dövriyyənin həcmi, mənfəət, daimi xərclər haqqında hipotezlər irəli sürürük.

Risklərin analizi

12. Biznes hansı halda dayana bilər? Komandanız və ya ekspertlərin köməyilə beyin fırtınası keçirib gözlənilən riskləri qeydə almalısınız. Misal üçün mağaza açsaq onun yerini düzgün seçməyə bilərik. Təchizatçı tapmaya bilərik. Satışlar istədiyimiz kimi getməyə bilər.

13. Bu riskləri necə müəyyən edəcəyəm? Hər bir risk üçün onun yaranma ehtimalını qeyd edirik.

14. Risk problemə çevrildikdə mən nə edəcəyəm? Risklərin təsirini azaltmaq üçün ayrıca bir plan yazın.

Qərar qəbul etmə nöqtəsi

Bu plana və orada qeyd olunan rəqəmlərə baxıb siz qərar verə bilərsiniz ki, bu biznesi yaratmaq və irəlilətməyə dəyərmi? Biz bu işdə uğurlu olmağımıza inanırıqmı, bu işə girişmək istəyirikmi?

Bir sözlə uğurlu biznes yaratmaq istəyirsinizsə ilk öncə ideyanı özünüzə satmalısınız, çünki siz şirkətinizin ən əsas investorusunuz və həyatınızda ən dəyərli olan vaxtınızı bu işə sərf edirsiniz. Yalnız planlama məsələlərində nikbin, realist və tənqidçi-skeptik rollarda olmaqla siz daha düzgün qərar verə bilərsiniz.