• MOTİVASİYA
  • MARKETİNQ
  • SATIŞ

Effektiv satış mütəxəssisi axtaranlar üçün 5 məsləhət


Paylaşıldı : 12.01.2020


Effektiv satış mütəxəssisi axtaranlar üçün 5 məsləhət

Son illər ərzində keçirdiyimiz satış və marketinqlə bağlı seminar və təlimlərimizdə minlərlə insan iştirak edib. İştirakçılar arasında nəinki tələbələr və şirkət əməkdaşları həmçinin rəhbərlər və sahibkarlarda var. Onların mənə ünvanladığı əsas müraciətlər Effektiv satış mütəxəssisilə bağlı olub. Sahibkarlar və rəhbərlər daima axtarışdadırlar. Onlar gənc və nəzəri bilikləri olan və ya təcrübəli mütəxəssisləri və menecerləri işə cəlb etmək istəyirlər. Mən isə onlara aşağıdaki 5 məsləhəti verirəm:

Məsləhət nömrə 1: Satış mütəxəssisini hansı məqsədlərlə işə cəlb etmək istədiyinizi təsvir edin

Satıcı sehrli çubuq deyil və o, biznesin problemlərini təklikdə həll edə bilməyəcək. Həmin insan şirkətə gələndə ona şirkətinizin güclü və zəif tərəflərini anlatmaq, məhsul haqqında və satış kanalları haqqında tam məlumat vermək, müştəri profilini təsvir etmək və varsa potensial müştəri bazasını təqdim etməyə hazır olmalısınız. Bir sözlə həmin satıcı satış strategiyası haqqında sizdən, sahibkar və ya rəhbərdən eşitməlidir.

2ci məsləhət: İşə götürmək istədiyiniz ideal işçinin profilini təsəvvür edin və işçi tələb formasını hazırlayın.

Bu sənəddə siz vəzifənin adını, sınaq müddətini, maaşı və bonusları, iş qrafikini, vəzifə öhdəliklərini və namizədə qarşı qoyduğunuz tələbləri qeyd etməlisiniz.

Keçək üçüncü məsləhətə: İşçinin axtarışılə özünüz məşğul olmayın, bu işi peşəkarlara həvalə edin.

Şirkətinizdə insan resurları meneceri və ya rekruter varsa işə götürmə prosesini ona həvalə edin. Şirkətinzdə belə işçi yoxdursa ixtisaslaşmış və geniş çevrəsi olan konsultantlara müraciət edə bilərsiniz.

Biz Afandi Consultancy olaraq sahibkar və mütəxəssislər arasında körpü rolunu oynayırıq və şirkətlərə effektiv satış mütəxəssislərin tapılmasında və öyrədilməsində köməklik göstəririk.

Məsləhət nömrə 4: Satış strateji sahə olduğuna görə rekruter və ya konsultantdan təklif olunan namizədlərin xarakteristikalarını istəyin və mütləq özünüz də həmin namizədlərlə görüşün.

Və nəhayət sahibkarlara verdiyim 5ci məsləhət: Satış mütəxəssisilə müsahibədə ona tək CVdə qeyd olunan təcrübə, təhsil və dil biliklərilə bağlı suallar verməyin.

Namizədə verdiyiniz suallar daha çox onun peşəkar və idarəetmə bacarıqları, onun dəyərləri və motivasiyasılə bağlı olmalıdır.

Qeyd etdiyim məsləhətlər tək sahibkar və rəhbərlər üçün yox həmçinin arzuladığı işin axtarışında olan satış mütəxəssisləri üçündə faydalıdır.

Bu sadə lakin şirkətin uğuru üçün çox mühüm olan 5 məsləhətə riayət olunsa siz də satışlarınızı daha Effektiv edə bilərsiniz.

Bizim keçirəcəyimiz Effektiv satış texnikaları 2.0 təlimində biz digər mövzularla yanaşı satış strategiyaları və ideal Satış mütəxəssisi necə olmalıdır haqqında danışacayıq. Afandiyev.com saytına daxil olun və təlimimizə qeydiyyatdan keçin, bu imkanı əldən verməyin.