• MOTİVASİYA
  • MARKETİNQ
  • SATIŞ

UĞURLU BİZNES QURMAQ İSTƏYİRSİNİZ?


Paylaşıldı : 02.03.2020


UĞURLU BİZNES QURMAQ İSTƏYİRSİNİZ?

Sahibkarların və investorların nəzərinə!

Sizi 4-5 mart tarixlərində “Boulevard Hotel Baku” otelində keçiriləcək “Caspian Franchise” - Azərbaycan Beynəlxalq Françayzinq forumuna dəvət edirik.

“Caspian Franchise” forumu françayzinq barədə hərtərəfli peşəkar məlumat almaq, uğurlu investisiya etmək və yeni biznesə başlamaq üçün Azərbaycanda yeganə və unikal işgüzar platformadır.

Forum Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilati dəstəyi və iştirakı ilə keçirilir.

“Caspian Franchise” forumu iki hissədən ibarət olacaq:

  • Konfrans
  • Sərgi

Konfransın işgüzar proqramına həm yerli, həm də xarici ekspert və sahibkarların iştirakı ilə françayzinq üzrə ən aktual məsələlərin müzakirəsi daxildir. Konfransın gedişatında qonaqlar “Niyə şəxsi biznes yox, məhz françayzinq?” sualına cavab alacaq, düzgün françayz seçiminin yollarını öyrənəcək, françayzinqin hüquqi aspektlərini müzakirə edəcək və artıq bu sahədə uğurlu təcrübəsi olan insanlardan praktiki məsləhətlər alacaqlar.

Konfransın proqramı ilə linkə keçid edərək tanış olmaq mümkündür: https://franchiseexpo.az/az-content/10.html

Qeydiyyatdan keçin və konfransa dəvətnaməni əldə edin.

Sərgidə fastfud və ictimai iaşə, eləcə də daşınmaz əmlak, geyim və tekstil kimi istiqamətlər üzrə öz brendlərinin françayzını təqdim edən şirkətlər iştirak edəcək. Həmçinin iştirakçılar arasında sırf sizə uyğun olan françayzın axtarışı üzrə xidmətlər təklif edən konsaltinq şirkətləri də yer alır. Siz sərgidə xarici şirkətlərin nümayəndələri ilə şəxsən tanış olaraq təklif edilən françayzın bütün nüanslarını canlı ünsiyyət formatında müzakirə edə bilərsiniz.

Qeydiyyatdan keçin və sərgiyə dəvətnaməni əldə edin.

Daha ətraflı məlumat üçün: https://franchiseexpo.az/az-main/