• MOTİVASİYA
  • MARKETİNQ
  • SATIŞ

Effektiv satış texnikaları təlimi 2.0


image

2️⃣0️⃣2️⃣0️⃣-ci ilin yenilənmiş Effektiv Satış Texnikaları 2.0 təlimində müasir dijitallaşan dünyada potensial müştərilərlə necə əlaqələr qurmaq, onların etirazlarını necə cavablandırmaq və onları necə loyal müştərilərə çevirmək suallarına cavab tapa biləcəksiniz. ✌️

Həmçinin Afandi Consultancy dən sertifikat əldə etməklə siz satış və marketinq sahəsində karyeranızı daha rahat inkişaf etdirə biləcəksiniz.

QEYDIYYATDAN KEÇ


Ünvan: Bəşir Səfəroğlu küç. 215, Nizami k/t yanında, Theoffice iş mərkəzi.
Təlimçi: İlham Əfəndiyev, biznes konsultant və təlimçi

TƏLİMİN MƏQSƏDİ
• Hər bir müştəri ilə qarşılıqlı münasibətlərin qurulmasına kömək edən effektiv telefon və üzbəüz satış bacarıqlarını inkişaf etdirmək;
• Satış danışıqlarının effektivliyini artırmaq və satışın hər mərhələsində müştəri sadiqliyini qorumaq bacarığına yiyələnmək.

TƏLİMDƏ NƏYİ ÖYRƏNƏCƏKSİNİZ
1. Satışın strategiyası və texnologiyası
• 2 satış strategiyası: müştəriyönümlü və rəqabətyönümlü strategiyalar, onların imkanları və məhdudiyyətləri;
• Satış prosesinin əsas mərhələləri;
• Hər bir mərhələnin məqsədi və alətləri;
• Kompleks satışın tərifi;
• Satışın korporativ strategiyası.

2. Satışa hazırlıq mərhələsi 
• Satışa psixoloji hazırlıq;
• Müştəri məlumatlarının toplanması və təhlili;
• Korporativ müştərinin strukturu (qərar qəbul edən şəxslər və qərar qəbuletmə prosesinə təsir edən şəxslər);
• Effektiv mövqeləndirmə;
• "Satış borusu": prioritetlərin təyin etmə üsulu;
• Mövcud vəziyyətin güclü və zəif tərəflərinin təhlili.

3. Əlaqənin qurulması mərhələsi 
• İlk müsbət təəssüratı necə yaratmaq;
• Müştəri ilə əlaqə yaratmaq üçün alqoritm;
• Müxtəlif qərar qəbul edənlərlə ünsiyyətin xüsusiyyətləri;
• Qərar qəbul edənlərin vəziyyətlərinin dəyərləndirilməsi: vəziyyətlərin növləri, vəziyyətlərin və məhsulumuza gözlənilən münasibətin təhlili;
• Şirkətin imicini formalaşdırmaq üçün müştərilə ünsiyyət qaydaları.

4. Telefonla danışıqların idarə olunması fəndləri
• Telefonla ünsiyyətin xüsusiyyətləri;
• Telefonla danışıqların mərhələləri və hər bir mərhələdə satıcının effektiv addımları;
• Hansı hallarda telefon danışıqlarını idarə etmək lazımdır və həmin hallarda istifadə olunan üsullar

5. SPİN üsulu ilə müştərilərin tələbatlarını öyrənmək mərhələsi
• Tələbatların növləri (obyektiv və subyektiv tələbatlar və ya "müştəri həqiqətdə nə alır?");
• Vəziyyətlə bağlı suallar - ümumi vəziyyətin aydınlaşdırılması;
• Problemlərlə bağlı suallar - müştərinin konkret tələbatlarına keçid;
• Aktuallığı müəyyən etmək üçün suallar - müştəri tələbatlarının aktuallıq səviyyəsinin qiymətləndirilməsi;
• Yönəldən suallar - xidmətin effektiv təqdim edilməsinə keçid.

6. Şirkət məhsulunun təqdimatı mərhələsi
• Özünün, şirkətin, məhsulun təqdimatı;
• Özünü təqdim etməkdə fərdi yanaşma;
• Komanda ilə danışıqlarda olarkən özünü təqdim etmə;
• Effektiv təqdimatların keçirilmə qaydaları;
• Müştəri üçün fayda dili. Əsaslandırma üçbucağı.

7. Müştəri ehtirazlarının cavablandırılması mərhələsi ✋
• Müştəri ehtirazların mənbələri;
• Həqiqi və yalançı etirazlar;
• Müxtəlif ehtirazlarla iş texnikaları;
• Müştərinin şirkətində sövdələşməyə qarşı olan daxili düşmənlərin müəyyən olunması və bu kimi təsirlərə müqavimət göstərmək yolları.

8. Satışın yekunlaşdırılması
• Qərarvermə psixologiyası;
• Müştərilə satışın yekunlaşdırılması üsulları;
• Müştərilə əlaqənin yekunlaşdırma mərhələsində gələcək perspektivlərin nəzərə alınması.

9. Müştərilə mürəkkəb danışıqlar və mübahisələr ⚖️
• Danışıqlar zamanı məqsəddən yayınmamaq üsulu;
• Danışıqlar zamanı itirilmiş mövqelərin qaytarılması üsulları;
• Müştərinin ehtirazlarını nəzərə alaraq onun maraqlarının müəyyənləşdirilməsi və danışıqlar əsasında məqsədlərə çatma;
• Danışıqlar zamanı müştəriyə təsir növləri;
• Standart hiylələr və manipulyasiyalar və onlara qarşı mübarizə metodları;
• Gözlənilməyən "sürprizlərə" qarşı reaksiya verməmək üçün fəndlər;
• "Narahat" və provokativ suallarla iş.

10. Danışıqlar zamanı müxtəlif vəziyyətlərdə effektivliyin artırılması
• Danışıqlar zamanı şəxsi effektivliyin qiymətləndirilməsi və mənfi nəticəli danışıqlardan fayda əldə etmək metodları;
• Danışıqlar zamanı təsirin artırılması metodları.

11. Əhəmiyyətli müştərilərin müşaiyyət olunması
• Mövcud və potensial müştərilərin inkişafı metodları;
• Müştərinin daxilində olan «Yenilikçi» və «Konservator»;
• Müştəri loyallığının yaradılması və dəstəklənməsi.

Təlim nəticəsində nə əldə edəcəksiniz?
1. Effektiv satışlar haqqında lazımi biliklərin əldə olunması;
2. Satışın mühüm mərhələlərində telefon və üzbəüz danışıqların aparılması bacarıqların inkişafı;
3. Əhəmiyyətli müştərilərlə uzunmüddətli əlaqələrin qurulmasına imkan verən satış texnikalarına yiyələnmə;
4. Çətin vəziyyətlərdə müştərilərlə effektiv işləmə bacarıqlarına yiyələnmə.

Təlim kimlər üçün nəzərdə tutulub?
• Sahibkarlar
• İdarəçilər
• Satış üzrə direktor və menecerlər
• Satış nümayəndələri
• Satış mütəxəssisləri.

TƏLİMÇİ HAQQINDA
İlham Əfəndiyev
• Biznes trener, konsultant və sahibkar;
• Çox milyonlu yerli və beynəlxalq layihələrdə uğurlu təcrübə;
• Satış və marketinq sahəsində 20 illik uğurlu karyera;
• Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya və istehsal şirkətlərində iş təcrübəsi;
• Azərbaycanın ən böyük şirkətlərin Satış və Marketinq komandaları üçün 1000 saata yaxın təlim praktikası.

TƏLİMÇİLƏ ƏLAQƏ QUR

Təlimdə iştirak üçün şərtlər

Təlimdə iştirak etməklə siz aşağıdaki üstünlükləri əldə edirsiniz:

İştirakçı sayı məhdud olduğuna görə qeydiyyatdan keçənlər arasında seçim aparılacaq və yalnız seçim prosesindən keçənlər təlimdə iştirak edə biləcəklər.
Həmçinin həmkarlarınızla ünsiyyətdə olmaq və yeni əlaqələr qurmaq imkanı əldə edirsiniz.
Təlimdə iştirak haqqı: 80 AZN

Qeyd: Təlimin qiymətinə nahar daxildir.

Təlimin dili: Azərbaycan

İŞTİRAK ET

Referanslarımız:

Tarix 2020.02.29
İştirak et