• MOTIVATION
  • MARKETING
  • SALES

Müştərinin inamını qazanmaq üçün 8 üsul


Shared : 01.02.2020


Müştərinin inamını qazanmaq üçün  8 üsul

Bir neçə gün bundan əvvəl biznes kafedə bir iş görüşməsi keçirdim. Görüşə gələn gənc iş adamı mənimlə ilk dəfə görüşürdü və məni görən kimi salamlaşdı və dərhal görüşün mövzusuna keçmək istədi. Mən gülümsəyərək onu dayandırdım və təklif etdim ki, birinci daha yaxından bir birimizi tanıyaq sonra əsas mövzuya keçək. O, razılaşdı və ilk olaraq mən özüm haqqında söhbət açdım.

Mən bunları danışdım: “Köklərimiz Şamaxıdandır, mənim babam Əhməd Əfəndi Çar dövründə məktəb direktoru vəzifəsində çalışıb. 1918-ci ilin mart ayında ermənilərin Bakıyla yanaşı Şamaxıda da törətdiyi soy qırımından gecə ilə ailəsilə birlikdə qaçır və Kürdəmirdə məskunlaşır. Orada bir neçə il məktəb direktoru vəzifəsində çalışır. Sonra isə Bakıya köçür və ömrünün sonuna kimi, yəni 1960-cı ilə kimi təhsil sahəsində çalışır (Narkompros, Əl yazmalar İnstitutu). Atam isə Rafiq Əfəndiyev bütün həyatını idarəçiliyə həsr edib və Azərbaycanda ən böyük zavodlar və fabriklarda rəhbər vəzifələrdə çalıçıb. Məncə bilik sahəsinə sevgi mənə genlərlə babamdan keçib, idarəçiliklə bağlı bacarıqları isə atamın köməyilə mənimsəmişəm.”

Özüm haqqında danışdım və sonra həmsöhbətimində hekayəsini eşitdim. Bu söhbətlərdən sonra buzlar əridi və aramızda səmimiyyət yarandı. Gətirdiyim bu misal əlaqələri qurmaq üçün alətlərdən yalnız biridir. İndi isə istərdim müştərinin inamını qazanmaq və səmimiyyət yaratmaq üçün sizə digər 8 üsul haqqında danışım.

Birinci üsul çox sadədir. Müştərilə danışarkən daima ona adı ilə müraciət edin.

İkincisi, müştəriyə səmimi komplimentlər deyin, çünkü kompliment insana qarşı olan diqqətin göstəricisidir.

Üçüncü üsul. Müştərinin unikal olduğunu ona bildirin – misal üçün, sizi kimi insan ilk dəfədir ki, görürəm.

Dördüncü üsul. Müştərinin dediyi sözləri təkrarlayın. Həmsöhbətiniz hiss edəcək ki, siz onu diqqətlə dinləyirsiniz.

Beşinci üsul. Sizi müştərilə birləşdirən hadisələri və yerləri axtarıb tapın – məsələn, biz sizinlə bir məktəbdə oxumuşuq.

Altıncı üsul. Müştəriyə məsləhətlərinizlə kömək edin, ekspert rəyinizi bildirin. Belə yanaşma sizin digər satıcılarla müqaisədə böyük üstünlüyünüzü göstərir.

Yeddinci üsul. Müştəriyə eksklüziv təkliflər verin - Məsələn, ...Bu güzəşti yalnız sizə təklif edirəm. Çox vacibdir ki, dediyiniz sözlər yalan olmasın.

Və nəhayət səkkizinci üsul. Çalışın söhbət edərkən zarafata da yer ayırasınız. Zarafatsız söhbət quru və maraqsız görünür.

Qeyd etdiyim 8 üsuldan istifadə etsəniz ünsiyyətinizi daha rahat qura bilər, satışlarınızı isə daha effektiv edə bilərsiniz.

Keçirəcəyimiz Effektiv satış texnikaları 2.0 təlimində biz digər mövzularla yanaşı sadaladığım 8 üsul haqqında daha ətraflı danışacayıq və praktiki tapşırıqlar vasitəsilə yeni bacarıqlara yiyələnəcəyik. Afandiyev.com saytına daxil olun və təlimimizə qeydiyyatdan keçin, bu imkanı əldən verməyin.